Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu bu gün matçdan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:
“Həm fiziki, həm də psixoloji olaraq yaxşı vəziyyətdəyik. Sabahkı oyunda uğurlu nəticə əldə etməyə çalışacağıq. Rəqibin də gücünü qiymətləndirmək lazımdır. Güclü heyətə malik komandadır. Bir neçə ildir birlikdə çıxış edirlər. Hücum xəttində Rodroqes, Sinani kimi güclü futbolçuları var. Oturuşmuş heyətə malikdirlər. Sanki milli komanda yox, klub futbolu nümayiş etdirirlər”.
Sentyabrın 1-də Lüksemburq stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.