Portuqaliya millisinin daha bir futbolçusu 2022-ci il dünya çempionatının qarşıdakı seçmə mərhələ oyunlarını buraxacaq.
Futbolinfo.az xəbər verir ki, “Sportinq” klubundan yığmaya cəlb olunan Pedro Qonsalves heyətdən çıxarılıb.
23 yaşlı yarımmüdafiəçi millinin məşqində zədələnib. Onun yerinə komandaya İngiltərə “Vulverhempton”undan Fransisko Trinkan çağırılıb.
Portuqaliya seçməsində daha əvvəl Qonsalo İnasio və Rikardo Pereyra eyni səbəbdən heyətdən kənarlaşdırılıb.
Qeyd edək ki, sentyabrın 1-də İrlandiyanı qəbul edəcək Portuqaliya seçməsi, 3 gün sonra Qətərlə yoxlama matçında üz-üzə gələcək. Komanda sentyabrın 7-də isə Bakı Olimpiya Stadionunda Azərbaycan millisi ilə qarşılaşacaq.