İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi venesuelalı hücumçu Salomon Rondonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son olaraq Çinin “Dalyan Pro” klubunda çıxış etmiş 31 yaşlı futbolçu “Everton”a azad agent kimi keçib. Onunla 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Salomon Rondon 2019-cu ildən Çində çıxış edirdi. Amma o, bu ilin əvvəlində Moskva ÇSKA-sına icarəyə verilmişdi. Venesuela yığmasında 82 oyuna 31 qol vurmuş hücumçu, əvvəllər “Arauqa, “Las Palmas”, “Malaqa”, “Rubin”, “Zenit”, “Vest Bromviç”, “Nyukasl” kimi klubların da formasını geyinib.

“Everton” öz oyunçularından Nils Nkunkunu da Belçikanın “Standard” klubuna icarəyə göndərib. Fransalı sol cinah müdafiəçisi mövsümün sonuna qədər sözügedən komandada çıxış edəcək.

Shares: