Türkiyənin “Fənərbaxça” klubu bir neçə futbolçusu ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Mbvana Samatta karyerasını Belçikada davam etdirəcək. Tanzaniyalı futbolçu “Antverpen”ə keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Samatta 2022-ci ilin yayına qədər Belçika klubunda çıxış edəcək. “Antverpen” mövsümün sonunda 28 yaşlı hücumçunun transfer hüquqlarını ala bilər.

“Fənərbaxça” mərkəz müdafiəçisi Maurisio Lemosu isə Belçikanın “Birşot” klubuna icarəyə verib. Uruqvay millisinə də dəvət alan 25 yaşlı futbolçu, mövsümün sonuna qədər Belçikada forma geyinəcək.

İstanbul klubu gənc futbolçularından Gürkan Başkanı Portuqaliya təmsilçisi “Famalican”a, Emre Nasuhu isə “Darıca Gənclərbirliyi”nə satıb.

“Fənərbaxça” heyətinə yeni futbolçu da cəlb edib. Uruqvaylı hücumçu Dieqo Rossi artıq klubla müqavilə bağlamaq üçün İstanbula gəlib. 23 yaşlı forvard ABŞ-ın “Los Anceles Qalaksi” klubundan transfer olunub. O, bu mövsüm MLS-də 19 oyuna çıxıb, 6 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Shares: