“Sabah”la yollarını ayıran Kevin Kubemba karyerasını Albaniyada davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, fransalı hücumçu “Teuta” klubuna keçib. 28 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
“Teuta” bir müddət əvvəl “Sabah”ın sabiq futbolçusu Filip İvanoviçi də transfer edib.