“Qarabağ”ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr “Omoniya”sı heyətini yeni qapıçı ilə gücləndirib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisi son olaraq APOEL-də çıxış edən Frensis Uzoho ilə müqavilə bağlayıb. Nigeriya millisinin üzvü ilə üç illik müqavilə imzalanıb.
“Qarabağ”la “Omoniya” arasında ilk oyun sentyabrın 30-da Nikosiyada, cavab görüşü isə noyabrın 25-də Bakıda keçiriləcək.