Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3845 yeni yoluxma faktı qeydə alınıb, 3876 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 428736 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370002 nəfər müalicə olunaraq sağalıb, 5677 nəfər vəfat edib, aktiv xəstə sayı 53057 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19102, ötən müddət ərzində isə ümumilikdə 4481039 test aparılıb.