Azərbaycan çempionu “Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubu braziliyalı hücumçu Ramon Maçadonu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Ağ-qaralar”la 30 yaşlı futbolçu arasında 1 illik müqavilə imzalanıb. O, yeni komandasında 91 nömrəli formanı geyinəcək.

Ramon Maçadonun sonuncu iş yeri “Brazil de Pelotas” klubu olub. O, karyerası ərzində “Yan Regensburq”, “Esportivo”, “Boa Esporte”, “Lajeadense”, “Ponte Preta”, “Yuventude”, “Vila Nova”, “İtuano”, “Parana”, “Santo Andre”, “Botafoqo-PB” kimi komandalarda da forma geyinib.

Shares: