İngiltərənin “Mançester Siti” klubu qapıçısı Edersonla müqavilənin müddətini artırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Braziliyadan olan 28 yaşlı qolkiperlə müddəti 2026-cı ilin yayına qədər olan yeni müqavilə imzalanıb.

Ederson 2017-ci ildən “Mançester Siti” klubundadır. Braziliya millisinin üzvü İngiltərə təmsilçisində 194 oyun keçirib.

Shares: