DÇ-2022-nin seçmə mərhələsinin 4-cü turunun ilk oyunlarından sonra komandaların və futbolçuların statistik göstəriciləri açıqlanıb.
Futbolinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Şahruddin Məhəmmədəliyev hazırda ən çox seyv edən qapıçıdır. “Qarabağ”da çıxış edən futbolçu yığmada 3 oyuna 21 seyv edib.
Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsində dünən Lüksemburqa uduzub – 1:2. Canni De Byazinin rəhbərlik etdiyi komanda sentyabrın 4-də səfərdə İrlandiya, 7-də isə Bakıda Portuqaliya ilə qarşılaşacaq.