Futbol üzrə İrlandiya milli komandasının futbolçusu Şeyn Lonq koronavirusa yoluxub.

Futbolinfo.az xəbər verir ki, 34 yaşlı hücumçunun koronavirus testi müsbət çıxıb. O, bu səbəbdən DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə matçını (1:2) buraxmalı olub.

Lonq seçmə mərhələnin Azərbaycanla oyununda da iştirak edə bilməyəcək.

Sentyabrın 4-də keçiriləcək İrlandiya – Azərbaycan matçı saat 20:00-da start götürəcək.

Shares: