Futbol üzrə İngiltərə Premyer Liqasında 5-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Mançester Yunayted” səfərdə “Vest Hem”lə qarşılaşıb. “Qırmızı şeytanlar” bu oyundan əzmkar qələbə ilə ayrılıblar.

“Lester Siti” isə “Brayton”la səfər oyunundan məğlubiyyətlə qayıdıb.

Turun mərkəzi görüşü Londonda olub. “Tottenhem” doğma meydanda “Çelsi”nin müqavimətini qırmağa çalışıb. Amma sonda “sadəganlar” 3 cavabsız qola seviniblər.

İngiltərə Premyer Liqası
5-ci tur
17 sentyabr

Nyukasl – Lids 1:1
Qol: S.Maksimin, 44 – Rafinya, 13.

18 sentyabr

Vulverhempton – Brentford 0:2
Qol: Touni, 28-pen. Mbeumo, 34.

Bernli – Arsenal 0:1
Qol: Odeqard, 30.

Liverpul – Kristal Pelas 3:0
Qol: Mane, 43. Salah, 78. N.Keyta, 89.

Mançester Siti – Sauthempton 0:0

Norviç Siti – Uotford 1:3
Qol: Pukki, 35 – Dennis, 17. Sarr, 63; 80.

Aston Villa – Everton 3:0
Qol: Kaş, 66. Din, 69-öz qapısına. Beyli, 75.

19 sentyabr

Brayton – Lester Siti 2:1
Qol: Maupay, 35-pen. Uelbek, 50 – Vardi, 61.

Vest Hem – Mançester Yunayted 1:2
Qol: Benrahma, 30 – Ronaldo, 35. Linqard, 89.

Tottenhem – Çelsi 0:3
Qol: T.Silva, 49. Kante, 57. Rüdiger, 90+2.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp