Fransanın PSJ komandasının baş məşqçisi Maurisio Poçettino Liqa 1-in 6-cı turunun “Lion”la matçında (2:1) Lionel Messini əvəzləməsinin səbəbini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis, həmyerlisini zədədən qorumaq üçün belə addım atdığını deyib:

“Messinin zədələnməsindən narahat idim. Qarşıda vacib oyunlar var və onu qorumalıyıq”.

“Lion”la matçın 76-cı dəqiqəsində Əşrəf Hakimi ilə əvəzlənən Messi oyundan çıxanda Poçettinonun əlini sıxmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp