Futbol üzrə Portuqaliya çempionatında 6-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Braqa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Renat da bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da millimizin forvardı vurub. O, 86-cı dəqiqədə rəqib qapısına yol tapıb.

“Tondela” 6 turdan sonra 3 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp