Bir müddət əvvəl adı “Neftçi” ilə hallanan futbolçu Nikita Rukavitsa karyerasını İsraildə davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 34 yaşlı hücumçu “Hapoel” klubuna keçib.

Bu barədə Beer-Şeva təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Rukavitsa ilə 2 illik müqavilə imzalanıb.

Rukavitsa paytaxt klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəlmiş, lakin son anda qərarını dəyişmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp