“Zirə”nin müdafiəçisi Dmitrios Çantakias ın futbolinfo.az saytına müsahibəsi
- Çempionatın startında 4 oyuna 5 xal toplamısız. Çıxışınızı necə dəyərləndirirsən?
- Bu, əlbəttə ki, yaxşı başlanğıc deyil. Amma davamı ilə bağlı nikbinik, çünki yaxşı məşqçi ilə yaxşı bir komandaya sahibik.
- Daha yaxşı başlanğıc üçün nə lazım idi?
- Əlbəttə ki, biz daha yaxşı start gözləyirdik. İstədiyimiz nəticəni əldə etmək üçün daha çox çalışmalıyıq.
- “Sabah”la matç barədə nə deyə bilərsən?
- “Sabah”la oyun çətin keçdi, düşünürəm ki, komandamız daha yaxşı futbol oynadı.
- Hakimlərin qapınıza qol vurulan zaman verdiyi qərar çox müzakirə edildi…
- Hakimlər haqqında danışmağı xoşlamıram, hamımız səhv edə bilərik. Amma yanlış qərar idi.
- Referilərin qərarlarına görə ən çox xalları “Zirə” itirib…
- Hakimlər tərəfindən komandamıza qarşı çox səhvlər edilir.
- Qarşıda “Səbail”lə matç var. Qalib gələcəksiz?
- Rəqib çox yaxşı və kompakt komandaya malikdir. Amma biz öz tutduğumuz yolda gedəcəyik. Bütün rəqiblərə hörmət edirik. Meydana girdiyimiz zaman yalnız qələbə və yaxşı oyun haqqında düşünürük.
AĞA