Futbol üzrə Almaniya Bundesliqasında 6-cı turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.

“Ayntraxt” – “Köln” matçında qalib müəyyənləşməyib. “Bayer” “Maynts”ı, “Union Berlin” “Arminiya”nı, “Hoffenhaym” isə “Volfsburq”u məğlub yola salıb. “Leyptsiq” “Herta” ilə ev oyununda 6 cavabsız qola sevinib.

Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı ilə Mönhenqladbax “Borussiya”sı üz-üzə gəlib. Dortmundlular bu səfər matçında minimal hesabla məğlub olublar.

Almaniya Bundesliqası
6-cı tur
24 sentyabr

Qroyter – Bayern 1:3
Qol: İtten, 88 – Müller, 10. Kimmix, 31. Qrisbek, 68-öz qapısına.

25 sentyabr

Ayntraxt – Köln 1:1
Qol: Borre, 45+5 – Skhiri, 14.

Bayer – Maynts 1:0
Qol: Virts, 62.

Leyptsiq – Herta 6:0
Qol: Nkunku, 16; 70. Poulsen, 23. Mukiele, 45+3. Forsberq, 60-pen. Haydara, 77.

Union Berlin – Arminiya 1:0
Qol: Behrens, 88.

Hoffenhaym – Volfsburq 3:1
Qol: Kramariç, 45+2. Baumqartner, 74. Kaderabek, 81 – Baku, 25.

Borussiya (Mönhenqladbax) – Borussiya (Dortmund) 1:0
Qol: Zakariya, 37.

26 sentyabr

17:30. Bohum – Ştutqart
19:30. Frayburq – Auqsburq

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp