“Legiya” azarkeşləri bu komandada çıxış edən legionerlərin Polşa çempionatının 9-cu turunda “Rakuv”la matçdakı oyununu qiymətləndiriblər.

Futbolinfo.az xəbər verir ki, legia.net-də keçirilən səsvermədə ən yüksək xalı millimizin üzvü Mahir Emreli toplayıb.

O, sözügedən görüş üçün 6.53 xalla legionerlər arasında ən yaxşı oyunçu seçilib.

Qeyd edək ki, Mahir Emreli 2:3 hesabı ilə uduzduqları görüşdə mükəmməl qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp