PSJ-nin hücumçusu Lionel Messi UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Futbolinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu buna Parisdə “Mançester Siti”yə 2:0 hesabı qalib gəldikləri oyunda nail olub.

Komandasının ikinci qoluna imza atan argentinalı forvard turnirdə ardıcıl 17 mövsümdə fərqlənib.

Bununla da o, “Real”da çıxış edən Kərim Benzemanın uğurunu təkrarlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp