İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema UEFA Çempionlar Liqası tarixində ən çox qol vuran 4-cü futbolçu olub.

Futbolinfo.az xəbər verir ki, 34 yaşlı futbolçu buna evdə Moldova “Şerif”inə 1:2 hesabı ilə uduzduqları oyunda nail olub.

64-cü dəqiqədə penaltidən fərqlənən fransalı forvard Madrid təmsilçisinin sabiq oyunçusu Raul Qonsalesi üstələyərək turnirdə 72-ci qoluna imza atıb.

Benzema hazırda yalnız üç futbolçudan geri qalır. “Mançester Yunayted”də çıxış edən Kristiano Ronaldo ÇL-də 136, PSJ-nin hücumçusu Lionel Messi 120, Rovert Levandovski (“Bayern”) isə 75 qola imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp