İngiltərənin “Mançester Yunayted” klubu ciddi itkiylə üzləşib.

Futbolinfo.az xəbər verir ki, “qırmızı şeytanlar”ın müdafiəçisi Harri Maquayr sıradan çıxıb.

Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib. O, kapitanın bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Maquayr Premyer Liqanın 6-cı turunun “Aston Villa” ilə ev oyununda (0:1) zədələnib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp