Azərbaycan Premyer Liqasının ötən turunda “Səbail”in futbolçusu Rahid Əmirquliyev ölkə çempionatları tarixinə düşdü. Futbolinfo.az xəbər verir ki, o, çempionatda ən çox oyun keçirən futbolçu oldu. Əmirquliyev 422 oyunla Mahmud Qurbanovu (421 oyun) üstələyərək rekorda sahib oldu.

Sanki bu olay gözlənilirmiş kimi təcrübəli yarımmüdafiəçinin yaşının saxtalaşdırıldığı barədə xəbərlər sıralandı. 32 yaşlı futbolçunun əsas liqada ilk dəfə 13 yaşında meydana çıxması yada salındı, bunun mümkünsüzlüyü dilə gətirildi. Qeyd olunurdu ki, əgər Əmirquliyev 32 yaşında 422 oyun keçiribsə, debütü 13 yaşında baş verib.

Elə bununla bağlı Əmirquliyevin özü ilə əlaqə saxladıq. Futbolinfo.az-a açıqlamasında Rahid məlumatı təsdiqlədi: “13 yaşımdan “Şahdağ”da çıxış etməyə başlamışam. Bu yaşda əsas liqada çıxış edən futbolçular az olur. Lakin həmin dönəmlərdə klubların heyətində bir çox oyunçu var idi ki, çox gənc yaşlarında meydana çıxırdı. Mən elə 17 yaşımda “Xəzər Lənkəran”a transfer olunmuşam. 2006/2007 mövsümündə Lənkəran təmsilçisinin heyətində idim”.

Əmirquliyev həmin zaman onun həmyaşıdlarından ölkə çempionatında oynayan futbolçuların adlarını çəkməsə də, bir neçəsini araşdırıb tapdıq. Belə ki, təcrübəli oyunçu ilə eyni vaxtda Nodar Məmmədov, Vüqar Nadirov və Elvin Məmmədov kimi tanınmış futbolçular meydana çıxıb. Məsələn, Nodar 15 yaşında “Kəpəz”in heyətində debüt edib. Vüqar isə 14 yaşında “Qarabağ”ın heyətində oynayıb.

Məmmədov da 15 yaşında “Turan”da debüy edib ətində oynayıb. Elvin açıqlamasında bunu təsdiq etdi: “Bəli, mən həmin illərdə meydana çıxmışam. 15 yaşımda “Turan”da oynayanda “Şahdağ”a qarşı da matçımız olub. Həmin vaxt Rahid Əmirquliyev Qusar klubunun heyətində oynayırdı. Fürsətdən istifadə edib Rahidi təbrik edirəm. Ona bundan sonra hələ 100 oyun keçirməsini arzulayıram”.

Nodar da açıqlamasında bunu təsdiq etdi: “Mən “Şahdağ”da 15 yaşımda oynamağa başlamışdım. Həmin vaxt məndən balaca olan Rahid də komandada idi”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp