Futbol üzrə İrlandiya millisinin baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, bu gün qarşıdakı oyunlar üçün heyəti açıqlayan mütəxəssis yerli jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Qarşıda bizi Azərbaycanla səfər oyunu gözləyir. Bu matçda qalib gəlmək istəyirik. Qətərlə yoldaşlıq matçımız da var. Hazırda tamamilə bu iki qarşılaşmaya fokuslanmışıq”.

Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçına saat 20:00-da başlanacaq. Oktyabrın 12-də isə rəqib komanda Dublində Qətəri yoldaşlıq görüşündə qəbul edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp