Futbol üzrə UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, Moldovanın “Şerif” komandasının qapıçısı Yorqos Atanasiadis qrup mərhələsinin ikinci həftəsinin ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. “Şerif” qrup mərhələsinin 2-ci turunda İspaniyada “Real”a 2:1 hesabı ilə qalib gəlib. Atanasiadis də bu oyunda komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub.

Çempionlar Liqasında 2-ci turun ən yaxşı oyunçusu adına Darvin Nunyes (“Benfika”, Portuqaliya), Leroy Sane (“Bavariya”, Almaniya) və Milan Şkrinyar (“İnter”, İtaliya) da namizəd idi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp