“Barselona” Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Benfika”ya (Portuqaliya) uduzub – 0:3.

Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi bu mövsüm turnirdə hər iki oyununda məğlub olub. Bu, klub tarixinin ÇL-də son 49 ildə ən pis göstəricisidir.

“Barselona” sonuncu dəfə 1972/73 mövsümündə Avropanın ən nüfuzlu klub turnirində ilk iki oyununda da uduzmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp