“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasında qrup mərhələsinin 2-ci turu çərçivəsində “Omoniya”ya (Kipr) qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:1 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Futbolçulara əzmkar mübarizəyə görə təşəkkür edirəm. Yaxşı mübarizə apardıq. Düzdür, ilk hissədə hesabda geri düşdük. Ancaq futbolçular sona qədər mübarizə apardılar. İlk hissədə də qol epizodlarımız oldu, amma heç birindən yararlana bilmədik. Əvəzində adi bir anlaşılmazlıq qapımıza vurulan qolla nəticələndi. Halbuki, oyundan öncə də futbolçulara standart vəziyyətlərdə çox diqqətli olmağı tapşırmışdıq. Buraxılan qola görə futbolçular ruhdan düşmədilər və ikinci hissədə oyunda dönüş yarada bildilər. İkinci hissə daha sürətli alındı”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp