Kiprin “Omoniya” komandasının müdafiəçisi Paris Psaltis Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 1:4 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:

“İlk hissədə kifayət qədər yaxşı oynadıq, hətta hesabı da açdıq. Amma ikinci yarıda qolu buraxdıqdan sonra vəziyyət dəyişdi və məğlub olduq. Səhvlərimizi analiz etməli, bu məğlubiyyətdən dərs çıxarmalıyıq. Qarşıda bizi “Olimpiakos”la vacib oyun gözləyir. Hədəf hər oyunda qalib gəlməkdir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp