Kiprin “Omoniya” komandasının yarımmüdafiəçisi Şehu Abdullahi Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 1:4 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:

“Oyunda nəsə düzgün getmədi. Gələcəkdə daha yaxşısını etmək üçün bunun səbəbini araşdırmalıyıq. Oyun istədiyimiz kimi alınmadı. Bu, bizim günahımızdır. Belə qollar buraxmamalıyıq. Bu cür səhvlər yolverilməzdir. Çatışmazlıqları aradan qaldırmalıyıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp