Azərbaycan millisinin hücumçusu Mahir Emreli ötən gecə Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin “Lester Siti” komandasına qarşı oyunda vurduğu qolla Polşanın “Legiya” klubunun azarkeşlərini növbəti dəfə özündən bəhs etməyə məcbur edib.

Futbolinfo.az xəbər verir ki, komandasının 1:0 hesablı qələbəsindən sonra polşalı fanatlar sosial şəbəkələrdə azərbaycanlı futbolçunun ünvanına tərif yağdırmaqda davam edirlər. Həmin paylaşımlardan bir neçəsini təqdim edirik:

  • “Onun üçün fərqi yoxdur, istər Polşa çempionatı olsun, istər ölkə kuboku, istərsə də avrokubok matçı. O, hər zaman bizi sevindirəcək. Padşahımız, Mahir, bizimlə qal, çünki hamımız səni sevirik!”
  • “Mahir Emreli ağlasığmaz qollar vurur”.
  • “Təvazökar oğlandır. Avropanın yarısını və İngiltərə klubunu susdurdu”.
  • “Mahir Emreli – Azərbaycan qızılı!”
  • “Bu futbolçunu bizə gətirdilər, hamı da eyni sözü təkrar edir – ulduz olacaq! “Legiya”nın qol silahını ehtiyat oyunçular skamyasına göndərdi. Mahir Emreli bizə özünü belə tanıtdı”.
  • “Mahir Emreli – təvəzökar bir azərbaycanlı! “Legiya”da bu gün daha bir testdən uğurla keçdi. Bu, bəxt deyildi, keçmiş İngiltərə çempionunu düzgün və ağıllı taktika ilə məğlub etdilər”.
  • “Mahir meydanı tərk edəndə, bütün stadion ayaq üstə onu alqışladı. Polşa çempionun yeni kralı!”
  • “Mahir Emreli – “Legiya”nın yeni Levandovskisi!”
  • “Dürüst olmaq lazımdırsa, pul umrumda deyil. Mənim üçün keyfiyyət önəmlidir. Mahir Emreli canavardır. “Legiya” onu mövsümün sonunda komandada saxlamalıdır”.
  • “Mahir Emreli – “Legiya”nın avrokuboklardakı üzü…”
  • “Barmaqlarımı onun üçün çarpaz tuturam. Varşavaya gələrək inkişafı seçdi. İndi milyonlarca alıcı qarşısında məhsul toplayır. İndi Azərbaycandakı coşqunu təsəvvür etmək çətin deyil…”

Rafal Tamkovyak adlı polşalı azarkeş isə paylaşımını Azərbaycan dilində edib:

“Mahir Emreli bir qəhrəmandır. “Legiya”nın ən yaxşısıdır. Azərbaycan dilində ilk tvitim…”

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp