“Neftçi” klubunun və Azərbaycan milli komandasının keçmiş futbolçusu Vladislav Lemiş vəfat edib.

Futbolinfo.az xəbər verir ki, sabiq hücumçu 51 yaşında ölüb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Lemişin ölüm səbəbi açıqlanmayıb.

Lemiş 1987-1988-ci illərdə “Neftçi”də çıxış edib. Mərhum futbolçu Azərbaycan millisiylə 1 oyuna çıxıb.

Lemiş 1987-ci ildə SSRİ yığma komandasının heyətində Kanadada keçirilmiş 17 yaşlı futbolçular arasında dünya çempionatının qalibi olub. 16 avqust 1992-ci ildə Meksika milli komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda Rusiya milli futbol komandasının heyətində debüt edib. Bu görüş, tarixində ilk rəsmi oyununa çıxan Rusiya yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Lemiş 19 aprel 1994-cü ildə Malta milli komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda Azərbaycan milli komandasının heyətində debüt edib. Görüş Malta yığmasının 5:0 hesablı qələbəsi ilə bitib. Bu məğlubiyyətdən sonra Lemiş bir daha yığmaya çağırılmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp