UEFA Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra klubların və futbolçuların statistik göstəriciləri açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev ən çox top qazanan futbolçular siyahısında yer alıb.

Ağdam təmsilçisinin kapitanı 2 oyunda ümumilikdə 20 dəfə rəqiblərindən topu alıb. Medvedev bu göstəriciyə görə üçüncü pillədə qərarlaşıb.

Bu göstərici üzrə 1-ci sırada Çexiyanın “Yablonets” klubunun futbolçusu Yaroslav Zeleni qərarlaşıb. O, 2 oyuna 24 top qazanıb.

“Qarabağ” Konfrans Liqasının H qrupunda 4 xalla liderdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp