Futbol üzrə İngiltərə Premyer Liqasında 7-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, turun əksər matçları ilk oyun gününə təsadüf edib.

Turun açılış matçında “Mançester Yunayed” “Old Trafford”da “Everton”u qəbul edib. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi bu qarşılaşma heç-heçə bitib.

“Arsenal” mövsümün uğurlu komandalarından “Brayton”la qarşılaşıb. London təmsilçisi də səfər oyununda qolsuz bərabərliklə kifayətlənib. “Bernli” – “Norviç Siti” matçında da qapılara qol vurulmayıb.

Ötən tur “Mançester Siti”yə uduzan “Çelsi” bu dəfə “Sauthempton”u sınağa çəkib və inamlı qələbəyə sevinib.

“Vulverhempton” “Nyukasl”ı, “Lids” isə “Uotford”u məğlub yola salıb.

İngiltərə Premyer Liqası
7-ci tur
2 oktyabr

Mançester Yunayted – Everton 1:1
Qol: Marsyal, 43 – Taunsend, 65.

Bernli – Norviç Siti 0:0

Vulverhempton – Nyukasl 2:1
Qol: Hvanq, 20; 58 – Hendrik, 41.

Lids – Uotford 1:0
Qol: Lyorente, 18.

Çelsi – Sauthempton 3:1
Qol: Çaloba, 9. Verner, 84. Çiluell, 89 – Uord-Prauz, 61-pen.

Brayton – Arsenal 0:0

3 oktyabr

17:00. Vest Hem – Brentford
17:00. Kristal Pelas – Lester Siti
17:00. Tottenhem – Aston Villa
19:30. Liverpul – Mançester Siti

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp