Futbol üzrə İtaliya A Seriyasında 7-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, şənbə günü daha üç qarşılaşma baş tutub.

Günün ilk matçında “Salernitana” “Cenoa” ilə ev oyunundan minimal hesabla qalib ayrılıb.

“Yuventus” bu turda Turin şəhərinin digər təmsilçisi “Torino”nun qonağı olub. Derbidə qonaqlar minimal hesabla üstün olublar.

Son çempion “İnter” də “Sassuolo” səfərindən qələbə ilə dönüb.

İtaliya A Seriyası
7-ci tur
1 oktyabr

Kalyari – Venetsiya 1:1
Qol: Balde, 19 – Busio, 90+2.

2 oktyabr

Salernitana – Cenoa 1:0
Qol: Dyuriç, 66.

Torino – Yuventus 0:1
Qol: Lokatelli, 86.

Sassuolo – İnter 1:2
Qol: Berardi, 22-pen – Dzeko, 58. L.Martines, 78-pen.

3 oktyabr

14:30. Bolonya – Latsio
17:00. Sampdoriya – Udineze
17:00. Verona – Spetsiya
20:00. Roma – Empoli
20:00. Fiorentina – Napoli
22:45. Atalanta – Milan

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp