Futbol üzrə Türkiyə 1-ci liqasında 8-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Tuzlaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.
“Keçiörengücü” 8 turdan sonra 4 xalla 19 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.