İtaliyanın “Roma” klubu futbolçusu Lorenso Pelleqrininin müqaviləsini yeniləyib.

Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

“Canavarlar”ın kapitanı olan Pelleqrini bu mövsüm A Seriyasında 3 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp