Türkiyənin “Yeni Malatyaspor” klubu baş məşqçisi İrfan Buz ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Super Liqada geridə qalan 8 oyunda 6 məğlubiyyətlə üzləşən Malatya təmsilçisi, cəmi 2 qələbə qazana bilib. Komanda son beş oyundan məğlubiyyətlə ayrılıb. 6 xalı olan “Yeni Malatyaspor” hazırda 20 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, İrfan Buz bu ilin mart ayında “Yeni Malatyaspor”a baş məşqçi təyin olunmuşdu.

Shares: