“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasında yeni rekorda imza atıb.

Futbolinfo.az xəbər verir ki, 58 yaşlı mütəxəssis buna ölkə çempionatının 7-ci turunda evdə “Empoli”ni 2:0 hesabı ilə məğlub etdikləri görüşdə nail olub.

Portuqaliyalı baş məşqçi A Seriyasında ardıcıl 42-ci ev oyununda uduzmayıb. Bu, 1994/1995 mövsümündən sonra mütləq rekorddur.

Qeyd edək ki, Joze Mourinyo 2008-2010-cu illərdə İtaliyada “İnter” klubunda işləyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp