Qadınlardan ibarət Azərbaycan millisinin Monteneqro və Maltaya qarşı keçirəcəyi dünya çempionatının seçmə oyunlarının stadionu və başlama vaxtı məlum olub.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Monteneqro ilə oyun oktyabrın 21-də Podqoritsa şəhərindəki Məşq Mərkəzində baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Malta seçməsi ilə qarşılaşma isə saat oktyabrın 26-da “ASK Arena”da gerçəkləşəcək. Matçın başlama saatı 18:00-dır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp