Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) TOP-5 çempionatlarında ən bahalı heyəti olan klublarının siyahısını hazırlayıb.

Futbolinfo.az xəbər verir ki, siyahının ilk pilləsində İngiltərənin “Mançester Siti” klubu yer alıb. “Şəhərlilər”in heyətinin dəyəri 1,280 milyard avrodur.

Heyətini Kriştiano Ronaldoyla gücləndirən “Mançester Yunayted” 1,214 milyard avro ilə 2-ci pillədə qərarlaşıb. Lionel Messini rənglərinə bağlayan PSJ-nin dəyərki isə 808 milyon avrodur.

Ən bahalı heyəti olan klublar

Mançester Siti (İngiltərə) – 1,280 milyard avro
Mançester Yunayted (İngiltərə) – 1,214
Çelsi (İngiltərə) – 946 milyon avro
Barselona (İspaniya) – 896
Bayern (Almaniya) – 890
Liverpul (İngiltərə) – 868
Real (İspaniya) – 846
PSJ (Fransa) – 808
Borussiya (Dortmund, Almaniya) – 687
Atletiko (İspaniya) – 662

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp