“Barselona” klubunun prezidenti Xuan Laporta komandanın baş məşqçisi Ronald Kumana qadağa qoyub.

Futbolinfo.az xəbər verir ki, klub prezidenti 58 yaşlı mütəxəssisə Niderland mətbuatına danışmağı qadağan edib. Bu barədə “ad.nl” saytı məlumat yayıb.

Niderlandda yayımlanan HLF8 tok-şousunun redaktoru da Kumanı verilişə dəvət etdiyini, ancaq onun buna “yox” dediyini bildirib.

“Barselona” İspaniya La Liqasında 9-cu sıradadır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp