“Everton”un baş məşqçisi Rafael Benites bir müddət əvvəl klubu tərk edən və Qətər təmsilçisi “Əl Rayan”a keçən Xames Rodriqeslə bağlı fikirlərini bildirib.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Benites, kolumbiyalı yarımmüdafiəçinin rahatlığı sevdiyini deyib:

“Xames çox çalışmaq əvəzinə rahatlığı və pulu seçir. Lazımi qədər çalışmır və əsas heyətdə yer almaq üçün rəqabət aparmır. O, heç nə etmədən heyətdə olmaq istəyir. Onun istədiyi kimi olsaydı, çalışan və ehtiyatda qalan futbolçulara hörmətsizlik olardı”.

Shares: