“Qəbələ”nin futbolçusu Rüfət Əhmədov Almaniyada əməliyyat olunub.

Futbolinfo.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın Mətbuat xidmətindən məlumat verilib.

Əyalət təmsilçisindən bildirilib ki, toqolu oyunçu Yaovi Akakpo isə Ukraynada əməliyyat ediləcək: “O, afrikalı olduğu üçün Ukraynaya viza almaq bir az gec oldu. Plana görə, oktyabrın 18-də paytaxt Kiyevə yollanacaq”. (Report)

Qeyd edək ki, hər iki oyunçunun yaşıl meydanlardan ən azı 6 ay kənarda qalacağı gözlənilir. AFFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çıxış edən Rüfət Əhmədovun müalicə xərclərini öz üzərinə götürüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp