PSJ-nin baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis, “Barselona”dan ayrılaraq Paris klubuna keçən həmyerlisi Lionel Messi haqda danışıb:

“Messi futbol tarixinin ən yaxşı oyunçusudur. Heç kim onun “Barselona”dan ayrılacağını gözləmirdi. Klub rəhbərliyi və Leonardo Messini Parisə gətirməklə böyük iş gördülər. Onun PSJ-yə keçidi Parisdə və bütün dünyada çox danışıldı”.

Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp