Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Finlandiyadan olan yaşıdları ilə qarşılaşıb. Qarşılaşma Sumqayıt şəhər stadionunda baş tutub.

Yığmamız cari tsikldə keçirdiyi əvvəlki 2 oyundan sonra 0 xalla A qrupunda sonuncu pillədə qərarlaşmışdı. Bunadək səfərdə Xorvatiyaya 0:2, Avstriyaya 0:6 hesabı ilə uduzan 21 yaşlılarımız ilk xal və ilk qol üçün meydana çıxıb.

Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma yığmamız son dəqiqələrdə buraxılan topun əvəzini çıxıblar. Beləcə, bu qarşılaşma heç-heçə bitib.

Qrupun digər matçlarında Xorvatiya Norveçi, Estoniya Avstriyanı qəbul edəcək.

AÇ-2023-ün seçmə mərhələsi
A qrupu
8 oktyabr

Azərbaycan – Finlandiya 1:1
Qol: R.Hüseynli, 86 – D.Hakans, 75.
Baş hakim: Viktor Şimuşik (Belarus).

Azərbaycan: 22. Nicat Mehbalıyev, 2. Samet Karakoç, 3. Arsen Ağcabəyov, 4. Cəlal Hüseynov, 5. Rauf Hüseynli (k), 6. İldar Ələkbərov, 8. Səbuhi Abdullazadə, 9. Musa Qurbanlı, 16. Ədilxan Qarəhmədov, 17. Rüfət Abdullazadə, 19. İsmayıl Zülfüqarlı.
Ehtiyat oyunçular: 12. Əkbər Vəliyev, 7. Turan Vəlizadə, 10. Asim Əlizadə, 11. Camal Cəfərov, 13. Ramin Əhmədov, 14. Vüsal Əsgərov, 15. Nihad Quliyev, 18. Mustafa Yıldırım, 20. Abdulla Rzayev.
Baş məşqçi: Milan Obradoviç.
Finlandiya: 1. Vilyami Sinisalo (k), 3. Taneli Hamalaynen, 4. Robin Tihi, 7. Oliver Antman, 10. Naatan Skyutta, 15. Ville Koski, 16. Piri Hannola, 18. Daniel Hakans, 19. Terri Ablade, 20. Santeri Vananen, 22. Yulius Tauriaynen.
Ehtiyat oyunçular: 23. Lukas Berqström, 2. Yuho Huvarinen, 5. Matias Vainionpa, 6. Yaakko Oksanen, 9. Antoni Olusanya, 11. Eetu Mömmö, 13. Yuho Oyanen, 14. Yuho Kilo, 21. Matias Rale.
Baş məşqçi: Yuha Malinen.

Norveç – 6, Xorvatiya – 6, Avstriya – 6, Finlandiya – 4, Azərbaycan – 1, Estoniya – 0.

Shares: