Futbol üzrə Belçika millisinin qapıçısı Tibo Kurtua UEFA Millətlər Liqasının yarımfinalında Fransaya məğlubiyyəti şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, bu oyundakı məğlubiyyətə görə çox da üzgün olmadığını bildirib:
“Bu turnirdə niyə oynadığımızı bilmədiyim üçün məğlub olduğumuza görə məyus deyiləm. İtaliya ilə 3-cü yer uğrunda oyuna çıxmasaq da, olar”.
Qeyd edək ki, Belçika yığması Fransa ilə yarımfinal görüşündə 2:3 hesabıyla uduzub. Bu komanda oktyabrın 10-da İtaliya ilə 3-cü yer uğrunda oyunda üz-üzə gələcək.