Futbol üzrə İspaniya və Fransa milli komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının final matçının hakimləri məlum olub.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həlledici oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Entoni Teylor olacaq. Ona yan xətt hakimləri Qeri Besuik və Adam Nann kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kreyq Pouson yerinə yetirəcək. Oyunun VAR hakimi Stüart Ettuell, onun köməkçiləri isə Kris Kavana, Li Betts (İngiltərə) və Pol van Bukel (Niderland) olacaq.

Oktyabrın 10-da, İtaliyadakı “San Siro” stadionunda keçiriləcək İspaniya – Fransa matçına saat 22:45-də start veriləcək.

Shares: