“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatına namizədlərin siyahısı açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, bu il mükafata adları aşağıda qeyd olunan 30 oyunçu iddialıdır:

Nikolo Barella, Lautaro Martines (hər ikisi “İnter”), Kərim Benzema, Luka Modriç (hər ikisi “Real”), Leonardo Bonuççi, Corcio Kyellini (hər ikisi “Yuventus”), Kevin de Breyne, Ruben Dias, Fil Foden, Riyad Mahrez, Rəhim Sterlinq (hamısı “Mançester Siti”), Kristiano Ronaldo, Bruno Fernandes (hər ikisi “Mançester Yunayted”), Canluici Donnarumma, Kilian Mbappe, Lionel Messi, Neymar (hamısı PSJ), Erlinq Haland (“Borussiya”, Dortmund), Jorjinyo, Nqolo Kante, Sezar Aspilikueta, Romelu Lukaku, Meyson Maunt (hamısı “Çelsi”), Harri Keyn (“Tottenhem”), Simon Kyaer (“Milan”), Robert Levandovski (“Bayern”), Jerar Moreno (“Vilyarreal”), Pedri (“Barselona”), Məhəmməd Salah (“Liverpul”), Luis Suares (“Atletiko”).

Qeyd edək ki, “France Football” nəşri koronavirus pandemiyasına görə ötən il mükafatı heç bir oyunçuya verməyib. “Qızıl top”u sonuncu dəfə 2019-cu ildə hazırda PSJ-də çıxış edən Lionel Messi qazanıb.

Shares: