Azərbaycan və Xorvatiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandaları arasında Avropa çempionatının seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı Çexiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün referisi Andrey Berkaya laysmanlar İvo Nadvornik və Matey Vltsek kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Pavel Orel yerinə yetirəcək.

Oktyabrın 12-də Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutacaq Azərbaycan – Xorvatiya matçına saat 20:30-da start veriləcək.

Shares: