Futbol üzrə Fransa milli komandasının futbolçusu Adrien Rabyo koronavirusa yoluxub.
Futbolinfo.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi koronavirusa yoluxduğu üçün Fransa millisinin UEFA Millətlər Liqasının finalında İspaniyaya qarşı keçirəcəyi oyunu buraxacaq.
Sabah keçiriləcək İspaniya – Fransa matçı saat 22:45-də başlayacaq.