“Qəbələ”nin futbolçusu Fernan Lopesin futbolinfo.az saytına müsahibəsi

  • “Qəbələ”yə qayıdışın necə baş verdi?
  • Klubun mənə yenidən etimad göstərməsinə çox sevindim. Buna görə rəhbərliyə minnətdaram. Həyatımda bir dəfə oynadığım komandada ikinci mərhələyə start verirəm. Düşünürəm ki, adaptasiyaya ehtiyac olmayacaq. İlk andan etibarən özümü həm köhnə, həm yeni komanda yoldaşlarımla rahat hiss etdim. Komandaya kömək etməyə başlamaq üçün səbirsizlənirəm.
  • Azərbaycan klubundan ayrıldıqdan sonra Polşanın “Yagelloniya” klubuna keçdin. Orada niyə alınmadı?
  • Koronavirus səbəbi ilə 6 aylıq fasilədən sonra Polşanın ən yaxşı komandalarından birinə keçdim. Əvvəlcə formamı bərpa etmək mənim üçün çətin idi. Amma yavaş-yavaş özümə inam qazandım. Xüsusilə, Türkiyədə keçirdiyimiz qış toplanışından sonra yaxşı oldu. Müntəzəm oynamağa başladım və məşqçi məndən məmnun idi. Çox güvənirdi, şans verirdi. Lakin liqanın bitməsinə bir ay qalmış klub həmin məşqçini qovdu. Yəni məşqçi ilə də işləmək alınmadı və ordan ayrıldım.
  • “Qəbələ” sənə təklif göndərdi, yoxsa özün gəlmək istədin?
  • Yay aylarında klubla daim əlaqə saxlayırdım. Geri dönmək variantı yarananda bu barədə kluba məlumat verdim. İlk andan “Qəbələ” bura gəlməyimə maraq göstərdi və bir neçə gün ərzində artıq razılaşma əldə etdik.
  • İlk dəfə bura gələndə özünü yaxşı tərəfdən göstərə bildin. İndi o dövrə qayıda biləcəksən?
  • Özüm həmin vaxt burada çox yaxşı hiss edirdim. Komandaya tam adaptasiya olmuşdum. Ümid edirəm ki, həmin səviyyəyə qayıda biləcəm.
  • “Qəbələ”nin çempionata bu cür başlayacağını gözləyirdin?
  • Hər matçı izləmişəm və düşünürəm ki, hazırki pillədə olmağa layiqdirlər. Bu cür oyuna davam etsək, yuxarı pillələrdə qalacağıq.

AĞA

Shares: